19.04.2024

AVMVİB Balakən rayon şöbəsi tədbir keçirdi

AVMVİB Balakən rayon şöbəsinin sədri Aydın Abdullayevin verdiyi məlumata görə, şöbə veteranlarının istəyini nəzərə alaraq rayon şöbəsi rəhbərliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Balakən rayon şöbəsinin rəisi polkovnik-leytenant Sadiq Ziyad oğlu İsmayılov AVMVİB-nin təsis etdiyi «AVMVİB 25 il» Yubiley medalıyla təltif edib.

Mərasimdə AVMVİB Balakən rayon şöbəsinin üzvləri olan müharibə veteranları bdulcəlil Muradov, Ramazan Anayev, Şamil Qımrıyev, Novruz Abdullayev və Telman Kazımov da Yubiley medallarıyla təltif olundular.

Təltif olunanları təbrik edən Aydın Abdullayev, veteranlara zəfər müjdəli günlər arzulayıb.

Tədbir rayon Şəhidlər Xiyabanını ziyarətlə başa çatıb. Tədbir xatirə şəkli çəkdirməklə sona çatıb.

E. Səlim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: