19.04.2024

Heç kim unudulmur…

Ordumuzun yeni mövqelərə çıxmasıyla yeni istehkamlar yaratmağa ehtiyac duyulur. Bu işdə köhnə təkərlərdən də istifadə olunur və bu üsul işi xeyli yüngülləşdirir. Ordumuza bu sahədə daim dəstək olan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsinin sədri Azad Musayevin rəhbərliyi ilə bu işə veteranlarımızın töhfə verdiyini yazmışıq.

Bu işdə «Ərkivan Transport» MMC-nin Direktoru Vətənpərvər iş adamı Abdulla Abdullayevin də əvəzsiz xidmətləri var. O, rəhbərlik etdiyi kollektivlə birgə döyüş mövqelərinə köhnə təkərlər daşıyır və ordumuza yardımlar edir.

Bu barədə məlumat verən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi Elmar Hüseynov bildirdi ki, iş adamı Abdulla Abdullayevin bu vətənpərvər əməlləri AVMVİB tərəfindən qiymətləndirilib və onu Xatirə medalıyla təltif etmişik.

Vətən, məhz belə vətənpərvər oğullarımız sayəsində ayaqda durur. Ön cəbhədə dayanmış igid əsgər və zabitlərimizi düşünən hər kəs bizim üçün əzizdir. Ona görə də çoxminlik müharibə veteranları adından Abdulla Abdullayevə öz minnətdarlığımızı bildiririk. Göstərdiyi fəaliyyətlərə görə birliyimizə fəxri üzv qəbul edilməsiylə bağlı AVMVİB sədri Füzuli Rzaquliyevə müraciət etmişik.

Belə vətənpərvər insanları biz daim özümüzlə bir sırada bilirik -deyə E. Hüseynov qeyd edib.

E. Səlim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: