18.04.2024

ŞƏRƏFLİ ZABİT ÖMRÜ: POLKOVNİK- LEYTENANT YUSİF HACIYEV — 54

       Yüksək peşəkarlığı və humanistliyi ilə,işgüzarlığı və mənəvi keyfiyyəti ilə, nəzəri və praktiki biliyi ilə, sadəliyi və səmimiyyəti ilə,dəqiqliyi və təmkinliyi ilə təşkilatclıq bacarığı ilə seciilən ömrünün ən məhsuldar dövrünün 31 bir ilini hərbi xidmətdə keçirən müharibə və silahlı qüvvələr veteranı ehtiyyatda olan polkovnik- leytenant  Yusif Hacıyevin 26 sentyabr  54 yaşı tamam olur.

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Rəhbərliyi ehtiyatda olan polkovnik- leytenant  Hacıyev Yusif Yusif oğlunu səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçüm ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarında bitib -tükənməyən nailiyyətlər arzulayır.

    Yusifin  yaşının üstə gələn bu yaş, qoy ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

     Müharibə və Silahlı qüvvələr veteranı ehtiyyatda olan polkovnik- leytenant  Hacıyev Yüsif Yusif oğlu 26 sentyabr 1968-ci ildə  Gəncə şəhərində hərbiçi ailəsində anadan olub. Əslən Tovuz rayonundandır.

     O, 1975-ci ildə Xırdalan şəhərində 2 nömrəli məktəbin birinci sinfinə getmiş 1985-ci ildə həmin məktəbi bitirdikdən sonra 1985-ci ildə  SSRİ Müdafiə Nazirliyinin Volski arxa cəbhə  xidmtləri üzrə ali hərbi məktəbinə daxil olmuş,1989- cu ildə isə həmin ali hərbi məktəbi bitirmişdir

        Polkovnik -leytenant  Yusif Hacıyev 1989-ci ildən 1991-ci ilə kimi Sovet ordusunun Ukrayna və Qazaxıstan Respubilikalarında və Saratov şəhərində yerləşən hərbi hissələrdə hərbi hissənin ərzaq və (geyim) əşya xidmət rəisi vəzifələrində olmuşdur.

     O, 1992-ci  ilin yanvar ayından — 2016-cı  ilın dekabr ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Sumqayıt şəhərində, Hacıqabul və Xəzər  rayonlarında,  yerləşən hərbi hissələrində  və alı hərbi məktəbində Döyuş hazırlığı bölmə rəisinin müavini, hərbi hissə komandirinin arxa cəbhə xidmətləri üzrə miavini, Daxili Qoşunların Bas İdarəsinin maddi -texniki təminat idarəsində əşya  (geyim)   xidmətinin  baş zabiti  və xidmət rəisi, DQBİ-in İnspeksiyasında isə baş inspektor vəzifələrində xidmət etmişdir.

     O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

    Müharibə və Silahlı Qüvvələr Veteranı Hacıyev Yusif Yusif oğlu Azərbaycan Respublikasında, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində,  şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş  kütləvi ixtşaşların qarşısının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, hadisələr, yanğınlar, təbii fəlakətlər, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində eləcədə Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlar istiqamətində  gedən döyüş və xüsusi əməliyyatlarda üzərinə düşən vəzifələri məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

     O, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmrlərin  tələblərinə və vəzifə borcuna əməl  etməkdə Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

     Hacıyev Yüsif Yusif oğlu Daxili Qoşunların Baş İdarəsinində və hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində zabitlərlə, gizir və müddətdən artıq xidmət hərbi qulluqçularla komandir hazırlığı üzrə, hərbi hissə komandirləri və onların müavinləri ilə, hərbi hissələrin əşya xidmət rəisləri ilə, böluk komandirləri ilə, bölüyün baş cavuşları ilə, anbar rəisləri ilə planlaşdırılmış məşğələlərin, taktiki və nümnəvi göstəricil təlimlərin və metodiki təlim toplanışlarının yüksək səviyyədə keçirilməsi istiqamətində üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

      O, Daxili Qoşunların Baş idarəsin İnispeksiyasının  yarandığı gündən  İnspeksiyada baş inispektor vəzifəsində uzun müddət xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsinin idarə, şöbə və xidmətlərində, hərbi hissə və əlahiddə bömələrində İnispeksiya  (yekun,təlim,ümümi və qəflətən) yoxlamaların keçirilməsi üzrə müasir tələblərə uyğun lazımi hüqüqi normativ aktların (sənədlərin) hazırlanmasında, yoxlamaların isə obyektiv aparılması, düzgün qiymətləndirilməsi üzrə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.

     Yusif qorxmaz, insanpərvər, saxavətli, əliacıq, vəfalı bir zəhmətkeş baş zabitdir. O, istər təhsil aldıgı orta və ali hərbi məktəb illərində, istərsədə xidmət etdiyi kollektivlərdə, dost -tanış, qohum-əqrəba  arasında özünə layiq hörmət qazanmışdır.

    Müharibə və Silahlı Qüvvələr Veteranı ehtiyatda olan polkovnik-leytenant  Yusif Hacıyev xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, idarə (xidmət) və  təhsil aldıgı ali hərbi məktəb rəislərinin,hərbi hissə komandirinin və onların müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nisanları ilə, pul mükafatları ilə, fəxrı fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     O, xidmətdə fəriqləndiyinə görə SSRI Ali Soveti və Azərbaycan Respublikasının  Prezidenti adından Daxılı İşlər Nazirinin müvaiq əmrləri ilə SSRİ  Silahlı Qüvvələrinin yaranmasının 70-illik, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının «10-illk, 90-ilik və 95 -illk» yubiley, «Silahlı Qüvvələr Veteranı» və «Qüsursuz xidmətlərə görə 1-ci, 2-ci  və 3 -cü dərəcəli» medallarla təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, YUSİF BƏY!

BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ…UNUTMA Kİ, HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR. BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR «MÖCÜZƏ  İLDİR » DEYƏRSƏN…BÜTÜN ARZULARININ REALLAŞMASI DİLƏYİMLƏ…XOŞBƏXT İLLƏRƏ…

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüququ məsələlər üzrə  müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: