Paşinyan Arayik Arutyunyanı məcbur etdi-BƏYANATIN DƏYİŞDİ

 Nikol Paşinyanın sentyabrın 14-də Milli Məclisdə “kağıza imza atması” ilə bağlı məşhur bəyanatından sonra, Ermənistandakı revanşist qüvvələrin bir anda  Baqramyan prospektinə toplaşmaları və Nikol Paşinyanın istefasını tələb etmələri baş naziri tüpürdüyünü yalamağa məcbur etdi.

Baş verən hadisələrdən zaman qazanmaq üçün Nikol Paşinyan Facebook canlı yayımı vasitəsilə dediklərini “inkar” edərək hansısa kağızın mövcud olmadığını bildiirdi.

Nikol Paşinyanın vermiş olduğu bəyanat,ermənistandakı revanşistlərin hərəkətlənməsindən istifadə edən Xankəndindəki separatçıların lideri Arayik Arutyunyan bəyanat verdi və  “Biz dəfələrlə bəyan etmişik və indi bir daha təsdiq edirik ki, Artsaxı (qondarma qurum)  Azərbaycanın bir hissəsi kimi tanıya biləcək bütün sənədlər bizim üçün qəbuledilməzdir”-dedi. Hətta Ermənistandakı bəzi qüvvələr Arutyunyanın bu bəyanatını Paşinyana qarşı dirəniş olaraq da yozanlar oldu.

Lakin bu bəyanatdan düz iki saat sonra Arutyunyan məzmunu əvvəlkindən açıq şəkildə fərqli olan daha bir açıqlama verdi. Arutyunyan bu dəfə dedi ki,  “Ermənistan hakimiyyəti ilə əldə olunmuş razılaşmaya əsasən, onların imzalayacağı istənilən sənəddə Artsax xalqının maraqları və fikirləri nəzərə alınmalıdır”.

Erməni mediasının yazdığına görə, Arutyunyanın ilk bəyanatından sonra Nikol Paşinyan ona zəng edərək, yeni bəyanatla çıxış etməyi tələb etdib və onun vermiş olduğu bəyanatın və  belə davranışın yolverilməz olduğunu sərt şəkildə bildirib. Erməni mediası yazır ki, Paşinyanın bu zəngi öz təsirini göstərib və Arutyunyan ikinci bəyanatı verməyə məcbur olub.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: