29.03.2024

AVMVİB Tovuz rayonunda layihə çərçivəsində tədbir keçirdi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Müharibə veteranlarına hüquqi yardım» adlı layihə çərçivəsində AVMVİB, rayon şöbələri ilə birlikdə keçirdikləri tədbirləri davam etdirib.


Layihə çərçivəsində bu dəfə Tovuz rayon veteranları ilə Gənclər Evində geniş tərkibdə görüş keçirilib. Layihə rəhbəri AVMVİB sədrinin müavini Vahid Abdürəhmanovun rəhbərliyi altında həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində rayon veteranlarını maraqlandıran suallara cavablar verilib və qaldırılan problemlər aidiyyatları üzrə qruplaşdırılıb. Tədbirlə bağlı Vahid Abdurəhmanov bildirdi ki, bu layihələrin həyata keçirilməsi müharibə veteranları tərəfindən razılıqla qarşılanır. Həmçinin, veteranlarımızın mövcud problemləri ilə tanışlıq üçün AVMVİB Rəhbərliyi əlavə bir imkan əldə edir. Bu imkanı yaradan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası rəhbərliyinə öz minnətdarlığımızı bildirirəm.


Görüşdə AVMVİB, MNTK sədri Niyazi Quliyev, şöbə müdiri Akif Abbasov, AVMVİB Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev, Tovuz rayon İcra Aparatının İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdür müavini Bəhruzər Rüstəmov, Tovuz rayon İH-nin məsul əməkdaşı Ceyhun Əliyev, müharibə veteranları və müharibə əlilləri iştirak edirdilər.
Tədbirdə çıxış edən AVMVİB sədrinin müavini, «Müharibə veteranlarına hüquqi yardım» adlı layihənin rəhbəri Vahid Abdürəhmanov çıxış edərək bu layihənin bir çox veteranlarımızın problemlərinin həllində oynadığı müsbət rolundan danışdı. Faktlarla layihə çərçivəsində öz hüquqlarını bərpa edə bilmiş veteranlarımızın bundan sonra da hüquqlarının bərpasına hər vasitə ilə yardımçı olacaqlarını qeyd etdi.


Çıxış edənlər bu tip layihələrin həyata keçiruilməsinin vacibliyindən danışdılar. AVMVİB Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev bildirdi ki, veteran problemlərinə həsr olunmuş belə layihələrin böyük əhəmiyyəti var. Belə layihələrin bizim rayonda həyata keçirilməsi də müharibə veteranları tərəfindən rəğbətlə qarşılanıb. Ona görə də belə layihələrin cəbhə bölgəsi olan Tovuz rayonunda keçirilməsini alqışlayırıq.


AVMVİB, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Müharibə veteranlarına hüquqi yardım» adlı layihəsini davam etdirəcək.


Rauf Hüseynov

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: