28.03.2024

2022-ci ilin yanvar-iyul ayları ərzində 38 min 900 şəxsə əlillik təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-iyul ayları ərzində 38 min 900 şəxsə əlillik təyin edilib. 
 

Bu barədə Nazirlikdən məlumat verilib.  
 

Məlumatda qeyd olunur ki, onlardan 12 min 200-ü ilkin, 26 min 700 nəfəri isə təkrar əlillik təyinatı aparılanlardır. 
 

Həmçinin, müvafiq dövr ərzində 23 min 900 şəxsə reabilitasiya xidməti göstərilib, 8 min 79 şəxsə 35 min 400 reabilitasiya vasitəsi verilib. 

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: