29.03.2024

TƏBRİK: Famil Süleymanov — 60

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov, Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı, müharibə veteranı, AVMVİB Nəsimi rayon şöbəsinin sədr müavini Famil Süleymanovun 60 yaşı tamam olur.

Famil Süleymanov Qarabağ uğrunda gedən döyüşlərdə XTMD tərkibində bir sıra əməliyyatlarda iştirak edib. Xocalı aeroportuna kapitan Elmar Hüseynovun rəhbərlik etdiyi rotanın tərkibində Azərbaycanın üç rəngli bayrağını sancanlardandır. Çaykənd, Erkəc, Mənəşid, Buzluq kəndlərinin azad edilməsində, Füzuli, Ağdam, Laçın, Şuşa, Ağdərə rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.

Bu gün Famil Süleymanovun ad günüdür!

Yubiley münasibətiylə Famil bəyi təbrik edir, uzun ömür, can sağlığı və uğrunda döyüşdüyü Vətən torpaqlarında qələbə müjdəli könül xoşluğu ilə yaşanacaq illər arzulayırıq.

Bütün gözəlliklər sizin olsun və bu gözəlliklər içində 100 yaşa!

AVMVİB Rəhbərliyi və Veteran.az kollektivi

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: