AVMVİB sədri Türk Ordusu ilə veteranların həmrəyliyini bildirdi

Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi hərbiəməliyyatlar müharibə veteranları tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb.
AVMVİB sədri Füzuli Rzaquliyev bildirdi ki, bu gün «iki dövlət,Ş bir millət»olaraq hər cür terrorizmə və onu bəsləyən terror dəstəkçisi durumuna düşmüş dövlətlərə qarşı öz qardaşlarımızla çiyin-çiyinə döyüşməyə hazırıq. Çünki Türkiyənin təhlükəsizliyi bizim təhlükəsizliyimiz, Türkiyənin döyüşdın-döyüşə qüdrətlənməsi bizim qüdrətimizdir.


F. Rzaquliyev bildirdi ki, şanlı Türk Ordusu qarşı çıxan maraqlı dövlətlərin tam əksinə olaraq apardığı bu müqəddəs müharibədə öz humanizmini ön sırada qoyması bir qəhrəmanlıqdı. Bu ruh, heç bir imperialist ordusunda yoxdur və ola bilməz. Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-dan Azad Suriya Ordusu (ASO) ilə birgə Suriyanın şimalında YPG/PKK və İŞİD terrorçularına qarşı «Barış bulağı» («Barış Pınarı») adlı hərbi əməliyyatlar keçirir. Ankara sərhədin 30 km dərinliyinə qədər irəliləyərək PYD/YPG terror təşkilatının bölgədə qurduğu muxtar hakimiyyətə son qoymaq niyyətindədir. Daha sonra beynəlxalq təşkilatların və başda Avropa Birliyi olmaqla Qərb ölkələrinin maddi dəstəyini alan Türkiyə orada 2 milyon suriyalı ərəb mənşəli qaçqına evlər tikib, şəhərciklər salmaq istəyir. ABŞ, İsrail, Fransa və başqa dövlətlərin dağıtdığı ərazilərdə Türkiyə öz türklük humanizmini göstərmək istəyinə qarşı çıxan hər bir dövlət öz imicini ən azı terrorizmə dəstəkçi kimi biruzə verməkdədir.


Prosesdə diqqət çəkən məqamlardan biri ABŞ Prezidenti Donald Trampın YPG üçün ilk dəfə birbaşa PKK ifadəsini istifadə edərək, YPG-nin əslində PKK terror təşkilatı olduğunu təsdiqləməsi oldu. Tramp Ağ Evdə keçirdiyi toplantıda Suriyadan çəkilmə qərarının doğru olduğunu da bildirib. Obama dövründə ABŞ-ın Türkiyənin düşməni olan YPG ilə müttəfiqlik etməsinin yanlışlığını bəyan edən Tramp vurğulayıb ki, Obamanın Türkiyənin ölümcül düşməni olan PKK ilə tərəfdaşlığı vəziyyəti mürəkkəbləşdirib.
Tramp ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğunu «ən pis xəta» kimi səciyyələndirib.


Bəli, biz də bunu «ən pis xəta» kimi qiymətləndiririk və hər cür terrorizmə qarşı, o cümlədən erməni terrorizminə qarşı da belə əməliyyatların daha sıx keçirilməsinə tərəfdarıq. Gec, ya tez dünya terrordan qurtulmaq istəyirsə, dünyanın ən pinti və iyrənc terrorizmi olan erməni terrorizmindən başlamağa məcburdur. Ona görə də bu iyrənc və qanlı terrorçulara qarşı mübarizədə çox minlik veteranlar ordusu Mehmetçiklə bir yerdədir. Yaşa Türk Ordusu! Sən ayaqda durduqca kimsə səni məğlub edə bilməz.


F. Rzaquliyev TSQ — nin yanındayıq! -deyə, bunun adi bir söz deyil, səmimi qəlbdən deyilmiş sözlər olduğunu dedi.

E. Səlim

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bunları da oxumağı tövsiyə edirik: