29.03.2024

AVMVİB Silahlı Qüvvələr Gününü azad edilmiş torpaqlarda qeyd etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) 30 illik bir arzunu gerçəkləşdirərək Silahlı Qüvvələr Gününü mənfur düşmənin işğalından azad edilmiş torpaqlarımızda əsgər və zabitlərimizlə birgə keçirib.


N saylı Hərbi hissələrdə keçirilən tədbirlərdə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazanılmış Zəfərin və şanlı tarixin qurucuları ilə birgə olmaq çox qürurverici idi. Tədbir Müdafiə Nazirliyinin tapşırığıyla 1-ci Ordu Korpusunun İdeoloji iş və mənəvi-psixolji şöbəsinin rəisi polkovnik Seymur Həbibullayev və Sevda Zülfüqarlı tərəfindən təşkil edilmişdi.

Şəhidlərimiz yad edilib və Azərbaycan himni səsləndirilib.

Bu gün 104 il əvvəl başladığımız bu yolun bir dayanacağında şanlı ordumuzla birgə olmaq nəsibimiz oldu. Tarix bir lent kimi gözlərimiz önündən keçdi. O Tarixi yaradan Azərbaycan əsgəri və müqəddəs silahımız mərdliklə Vətənin keşiyindədir. Üç rəngli Bayrağımız enməsin deyə, Vətənimizə göz dikməsinlər deyə daim əllər tətikdə dayanan Azərbaycan əsgəri, sənə salamlar olsun!

Doğma Himnimizdə deyildiyi kimi:


Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!..

Keçirilən tədbirlərdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Gəncə (sədr Bəyanat Qasımov), Sumqayıt şəhər (Timuraz Mansurov), Qubadlı (sədr Təyyar Eminov), Zəngilan (sədr Azad Musayev), Zərdab (sədr Seyfi Həsənov), Ağdaş (sədr İlham Beydullayev), Ucar (sədr İlham Həsənov), Bərdə (sədr İsmayıl Rüstəmov), Ağcabədi (sədr Tələt Rüstəmov), Xocavənd (sədr Akif Həsənov), Beyləqan (sədr Əlövsət Məmmədov), Goranboy (sədr Elmar Məmmədov), İsmayıllı (sədr Ravid Pənahov), Göyçay (sədr Zaur Qəribov) rayon şöbələri, AVMVİB sədrinin ictimai əlaqələr üzrə müavini İslam Səfərov, NTK sədri Niyazi Quliyev və müharibə veteranları, Qarabağ Əlilləri Müharibə Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (QƏMVŞAİB) sədri Mehdi Mehdiyev, şəhid ailələri iştirak ediblər.

Hərbi hissənin yüksək peşəkarlıqla hazırladığı tədbirlərdə müharibə veteranları coşquyla iştirak ediblər. AVMVİB Zəngilan rayon və Sumqayıt şəhər şöbələri xidmətdə fərqlənən hərbçilərə müxtəlif hədiyyələr təqdim etdilər.


Hərbi xidmətdə fərqlənən əsgər və zabitlərimiz Fəxri fərman və Xatirə medalları ilə təltif edilib.

Azad Musayev (Foto)

Elçin Qədirov

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: