25.04.2024

Şəhid Ailələrinə «Qayğı» Cəmiyyəti Ağdam rayonunda olub

Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsi Ağdam rayonunda döyüşçü fəallarla görüşüb.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri Hamlet Gülməmmədov məlumat verib.

Hamlet Gülməmmədov bildirdi ki, rayonda keçirilən bütün hərbi-vətənpərvərlik mövzulu tədbirlərdə öndə olan gənclərlə görüş keçirilib, onlar Silahlı Qüvvələr Günü münasibətiylə təbrik edilib və fəal ictimaiyyətçi Qorxmaz Həsrət oğlu Gülməmmədov Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Fəxri fərmanıyla təltif edilib.

Nurlan Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: