Britaniya bu məsələ ilə bağlı Rusiyaya NOTA VERDİ

London “Donetsk”də məhkum olunan britaniyalı muzdlularla bağlı Moskvaya müraciət edib.

Bu barədə Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin bildirib:

“İngilislərin bizə müraciəti olub, nota göndəriblər. Ancaq son dərəcə ibrətamiz ifadələrlə yazılmış notadır”, – deyə səfir vurğulayıb.

Xatırladaq ki, iyun ayında “Donetsk”də Böyük Britaniya vətəndaşları Şon Pinner və Aiden Eslin Ukrayna Silahlı Qüvvələrinin tərəfindən döyüş əməliyyatlarında iştirak etdikləri üçün ittiham olunublar. Onlar edam cəzasına məhkum ediliblər.

Tanınmamış “DNR”in deputatı Andrey Luqovoy bildirib ki, britaniyalı muzdlular Şon Pinner və Aiden Eslin yalnız ruslar və rusiyalı hərbçilərlə dəyişdirilə bilər.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •