Döyüşçülər Ali Baş Komandanın çıxışını rəğbətlə müzakirə etdilər

AVMVİB sədrinin təşkilati məsələlər üzrə müavini Vahid Abdurəhmanov bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin məlum çıxışı, nəinki ölkəmizdə, hətta ölkə xaricində güclü effekt yaradıb. Ölkəmizdə hər kəs bu çıxışı rəğbətlə qarşılayaraq, sosial şəbəkələrdə izləməkdə və paylaşmaqdadırlar. Bizə yüzlərlə müharibə veteranı müraciət edərək onların dəstəyini və minnətdarlığını cənab prezidentə çatdırmağımızı istəyirlər.

Müharibə veteranları düşmənin ölkəmizin hüdudlarından qovularaq çıxarılması üçün Ali Baş Komandanın əmrinə hazır olduqlarını və düşmənin anladığı tək şeyin mərmi olduğunu bildirirlər. Erməni faşizmi Azərbaycanın humanizmini anlamaqdan çox uzaqdır. Cənab prezident İlham Əliyevin söylədiyi: «Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olub ölkəmizi tərk etsin!»-sözlərini şüar edərək torpaqlarımızdan sonuncu düşmən əsgərini qovmaq üçün mübarizəyə başlamalıyıq. Düşmən vaxt uzandıqca sərsəm fikirlər söyləməyə və anti Azərbaycan fəaliyyətlərini genişləndirməyə çalışır.

V. Abdurəhmanov saytımız vasitəsiylə, Ali Baş Komandana çox minlik veteranlar ordusunun dərin təşəkkürlərini çatdırdı və hər bir veteranın Komandanın «hücum» əmrinə müntəzir olduğunu bildirdi.

ƏMRİNİZƏ HAZIRIQ, KOMANDANIM!

E. Səlim

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share

Bunları da oxumağı tövsiyə edirik: