Gülüstan Əliyeva: “Ermənilərlə dostluğumuz heç vaxt olmayacaq, ola da bilməz, mümkün deyil”

“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması fonunda xalq olaraq yaxınlaşmanın qəti şəkildə əleyhinəyəm. Əlbəttə ki, bu istiqamətdə görülən irəliləyişlər, çabalar, siyasi baxımdan olan uğurlarımız hamısı Prezidentimizin adı ilə bağlıdır. Onun cəhdləri nəticəsində bunları əldə etmişik. Hətta indi Ermənistanla sülh müqaviləsi imzalanması istiqamətində də danışıqlar gedir. Amma atalarımızın bir məsəli var: “qurdla dostluq elə, amma çomağını da yerə qoyma”. Çox güman ölkələr arasında sülh müqaviləsi də imzalanacaq, hava, dəmir, avtomobil yolları da açılacaq, amma ermənilərlə dostluğumuz heç vaxt olmayacaq və ola da bilməz. Bu, ümumiyyətlə, mümkün deyil.”

Bunu Pravda.az-a Azərbaycanın Əməkdar artisti Gülüstan Əliyeva deyib.

Əməkdar artist xatırladıb ki, 1993-cü ildə Cəbrayıl rayonundan məcburi köçkün düşüb: “Birinci Qarabağ müharibəsində həyat yoldaşımı və qardaşımı itirmişəm. 44 günlük müharibədə də minlərlə igidlərimiz torpaqlarımız uğrunda canlarını fəda ediblər. Əgər biz gələcəkdə ermənilərlə birgə yaşasaq, belə çıxır ki, qəhrəmanlarımızın qanının üstündən keçib getməliyik. Bu isə mümkün olan bir şey deyil. Hər halda mən belə düşünürəm və bu mənim subyektiv fikrimdir.”

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •