Ukraynanın tanınmış hərbi jurnalisti müharibədə həlak oldu

Tanınmış ukraynalı hərbi jurnalist Oleksiy Çubaşev müharibədə həlak olub.

Bu barədə “Inform Napalm” layihəsinin sözçüsü Mixaylo Makaruk feysbukda yazıb.

Jurnalistin hansı şəraitdə və hansı döyüş bölgəsində öldüyü hələlik məlum deyil.

Qeyd edək ki, Oleksiy Çubaşev 2015-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Televiziya və Radio Studiyasında xidmətə başlayıb, Ukraynada ilk hərbi realiti-şousu olan “RekrutUA”nın müəllifi və aparıcısı olub. Ukrayna Silahlı Qüvvələrindən ayrıldıqdan sonra öz layihələrini hazırlayıb. Rusiya Ukraynaya hücumundan sonra o, silahlı qüvvələrin sıralarına qayıdıb.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •