AVMVİB Yardımlı rayon şöbəsi şəhidin ad günü mərasimində iştirak edib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin üzvləri Yardımlı rayonu Çayüzü kəndində şəhid Tural Aslanovun doğum gününü şəhidin məzarı başında qeyd ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri Mayılxan Əliyev məlumat verib.

Şəhid Tural Aslanovun məzarı başında şəhid ruhlarına dualar oxunub və məzarı üzərinə gül qoyulub. 44 günlük Vətən müharibəsində tarix yazan qəhrəmanlarımız haqqında danışılıb.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsi üzvləri ilə yanaşı, kənd sakinləri, Çayüzü kənd orta məktəbinin şəhidləri, Xeyriyyə cəmiyyətinin üzvləri iştirak ediblər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Nurlan Məmmədli

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •