20.04.2024

Ermənistanda yaralanan polislərin sayı 45-ə qalxdı

Ötən gün Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın iqamətgahı yaxınlığında nümayişçilərlə toqquşma nəticəsində yaralanan polislərin sayı 45-ə qalxıb.

Bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

“Aksiya iştirakçıları təşkilatçıların səsləndirdiyi müraciətlərlə polisin qanuni tələblərinə tabe olmayaraq zorakılıq tətbiq etməyə, şüşə, daş, dəmir əşyalar atmağa başlayıb. Bu zaman xüsusi texnikadan istifadə edilməsinə qərar verilib”, — məlumatda bildirilib.

Qeyd edək ki, ötən gün 39 polisin yaralandığı bildirilmişdi.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: