29.03.2024

Ağstafada şəhidin xatirəsinə həsr olunmuş turnir keçirilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağstafa rayon şöbəsinin üzvü olan müharibə veteranları Xüsusi Təyinatlı Qüvvələrin 18 yaşlı şəhidi Xaləddin Asəf oğlu Cəlilovun xatirəsinə həsr olunmuş kinqboks üzrə turnirdə iştirak ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağstafa rayon şöbəsi sədrinin təşkilati işlər üzrə müavini Ədalət Şükürov məlumat verib.

Ədalət Şükürov bildirib ki, turnirdə iştirak edən idmançıları izlmək üçün Ağstafa rayon İcra Hakimiyyəti rəhbərliyi, YAP rayon təşkilatı və ictimaiyyət nümayəndələri də iştirak ediblər.


Allah şəhidlərimizə rəhmət eləsin!


Elnur Səlim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: