SEPAH-ın zabiti öldürüldü

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) zabiti bazar günü Tehranın şərqindəki küçələrdən birində güllələnib. 

Bu barədə İRNA agentliyi məlumat yayıb.

Qeyd olunur ki, söhbət sui-qəsd zamanı avtomobillə şəhər ətrafında hərəkət edən polkovnik Sayad Xodaidən gedir. 

İnqilab Keşikçiləri Korpusunun mətbuat xidməti hadisəni terror aktı adlandırıb.

Agentliyin məlumatına görə, sui-qəsd yerli vaxtla saat 16:00 radələrində paytaxtın Mücahidin-e Eslam küçəsi yaxınlığındakı xiyabanlardan birində həyata keçirilib. 

Hücumu motosikletdə olan iki nəfər reallaşdırıb. Onlar İran İnqilabı Keşikçiləri Korpusunun zabitinə beş dəfə atəş açıblar.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •