29.03.2024

Doneskdə həlak olan döyüşçü Qubada dəfn edilib

“Ukraynanın rus təcavüzündən qoruyarkən şəhid olmuş qardaşoğlu Fuad bu gün ata yurdunda dəfn edildi. Ruhu şad, məkanı cənnət olsun”.

Bunu sosial şəbəkədəki hesabında tanınmış jurnalist Ağası Hun yazıb.

Bir müddət öncə Ukraynanın Donbas bölgəsində qəhrəmancasına həlak olan qardaşı oğlu Fuad Fərhad oğlu Məmmədovdan bəhs edən jurnalist ardınca yazıb: “Türk Dünyasının əzəli düşməni olan rus imperiyasına qarşı döyüşən hər bir insan Azərbaycan uğrunda mübarizənin ön sıralarındadır. Dəfn mərasimində iştirak edən və arayıb başsağlığı verən bütün dostlara minnətdarlığımı bildirirəm. Bütün Şəhidlərimizin ruhu şad olsun”.

İllərdir Ukraynada yaşayan Fuad Məmmədov 27 apreldə Donetsk vilayətindəki Konstantinovka uğrunda gedən döyüşlərdə həlak olmuşdu. Məlumata görə, Fuad Məmmədovun kiçik qardaşı Rasim də hazırda doyüşlərdə iştirak edir.

39 yaşlı şəhid döyüşçü mayın 13-də Qubanın ll Nügədi kəndinin qəbristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: