29.03.2024

Mirzoyan Ermənistan-Azərbaycan komissiyasının delimitasiya iclasının baş tutmamasına aydınlıq gətirib

“Tərəflərin (Azərbaycan və Ermənistan nəzərdə tutulur) razılaşmalı olduğu bəzi texniki detallar var”. 

Ednews erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Azərbaycan komissiyasının delimitasiya və sərhəd təhlükəsizliyi üzrə mayın 16-17-nə təyin edilmiş iclasının niyə baş tutmaması ilə bağlı jurnalistin sualını cavablandırarkən deyib. 

“Düz deyirsiniz, görüş baş tutmadı, amma sizi əmin edə bilərəm ki, bu görüşün təşkili ilə bağlı müzakirələrimizi davam etdirəcəyik. Ümid edirəm ki, görüş yaxın günlərdə və ya həftələrdə baş tutacaq”, — deyə Ararat Mirzoyan bildirib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: