Erməni generaldan Paşinyana ağır sözlər — «Dərhal rədd olun, yoxsa…»

Ermənistanın baş naziri Nikol Paşinyan və hökuməti dərhal istefa verməli, ölkə parlamentinin üzvləri dərhal evlərinə dağılışmalıdır. Çünki onların idarəçiliyi bütün erməniliyi təhdid edir.

Veteran.az Virtualaz.org-a istinadən xəbər verir ki, belə bəyanatla qondarma “dqr”in keçmiş “təhlükəsizlik şurası katibi”, general Vitali Balasanyan çıxış edib.

O hesab etmir ki, Paşinyan və komandası hakimiyyətdən könüllü gedəcək: “Onlar özləri rədd olmayacaqlar, onları rədd eləmək lazımdır”.

Balasanyanın sözlərinə görə, əgər xalq parlamentin istefasını tələb etməsə nəticələri acınacaqlı olacaq. “Xalq ayılmalıdır, tələb etməlidir, məcbur etməlidir ki, bütün deputatlar mandatlarını təhvil versin,-kimliyindən asılı olmayaraq, istər “Mənim addımım”, istər “İşıqlı Ermənistan” və digərləri. Əks halda bütün ermənilik təhdid altında qalacaq”,-general bildirib.

Vitali Balasanyan Paşinyanın 2016-cı ilin yayında Yerevanda polis alayının binasını tutan “Sasna tsrer” terrorçuları ilə əlbir olduğunu da deyib. Buna sübut kimi həmin terrorçulardan bir qrupunu hökumət binasında qəbul etməsini göstərib.

“Paşinyan böyük antierməni layihəsidir”, — Balasanyan deyib.

Onun sözlərinə görə, əvvəllər Paşinyanın “Sasna tsrer” terrorçuları ilə əlbir olduğuna şübhə edirdi. Amma indi aydındır ki, 2016-cı ildə Paşinyan terrorçuların ələ keçirdiyi polis polkunun binasına gedəndə, həmin terrorçulara dəstək mitinqində iştirak edəndə həmin banda ilə əməkdaşlıq edirmiş./Virtualaz.org/

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share

Bunları da oxumağı tövsiyə edirik: