20.04.2024

Zelenski: “1 015 yaşayış məntəqəsi işğaldan azad edilib”

“Biz Ukraynanın işğaldan azad olunmuş ərazilərini bərpa etməyə davam edirik. Bu günə olan məlumata görə, 1 015 yaşayış məntəqəsi artıq işğaldan azad edilib”.

Bunları Ukrayna Prezidenti Volodimir Zelenski son videomüraciətində deyib.

O, qeyd edib ki, bu, ötən sutka ilə müqayisədə 6 yaşayış məntəqəsi çoxdur: “İşığı, suyu, rabitəni, nəqliyyatı, sosial xidmətləri ora qaytaracağıq”.

“Təbii, biz hələ də işğal altında olan hər bir şəhəri, hər bir icmanı xatırlayırıq. Xerson və Melitopol, Berdyansk və Enerqodar, Mariupol və Donbasın bütün şəhər və qəsəbələri…

Xarkov vilayətinin tədricən azad olunması sübut edir ki, biz heç yaşayış məntəqəsini düşmənə verməyəcəyik”, — Prezident vurğulayıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: