Şəhid oğlu Ali Baş Komandana və xalqa müraciət ünvanlayıb

Azərbaycan Bayrağı Ordenli şəhid polkovnik Cahangir Rüstəmovun oğlu Elçin Rüstəmovun müraciəti


Atam Cahangir İsgəndər oğlu Rüstəmov 1939-cu il noyabrın 15-də Gədəbəyin Düz Rəsullu kəndində anadan olub. Vasilkov Ali Hərbi Aviasiya Texniki Məktəbində təhsil alıb. Sovet ordu hissələrində müxtəlif vəzifələrdə işləyib, alay komandiri vəzifəsinə qədər yüksəlib. Hərbi borcunu yerinə yetirərkən göstərdiyi şücaət və igidliyə görə SSRİ-nin «Lenin ordeni»ndən sonra ikinci ən mühüm müstəsna döyüş mükafatı olan «Qırmızı ulduz» ordeni ilə təltif olunub. 1988-ci ildə polkovnik rütbəsi ilə batalyon komandiri vəzifəsində təqaüdə çıxıb.

Qarabağ müharibəsi başlayanda yenidən hərbi xidmətə qayıdıb. Azərbaycan Milli Ordusunun yaranmasında yaxından iştirak edib. 1992-ci ilin aprel ayında Şəmkir rayonunda yerləşən rus hərbi hava qüvvələri Azərbaycanı tərk edərkən hərbi texnikanın rus hərbçiləri tərəfindən qaçırılmasına, talan edilməsinə və zərərsizləşdirilməsinə imkan verməmiş, 11 ədəd «SU-24″, «MİQ-25″, 3 ədəd «İL-26″ təyyarələri, 1 ədəd «Mİ-8″ vertolyotu, aviatexnika, külli miqdarda hərbi sursatı müsadirə etmişdir. Onun rəhbərliyi ilə Gədəbəy özünümüdafiə batalyonu, Şəmkir və Daşkəsən batalyonları birləşdirilərək, alay yaradılıb və sonradan briqadaya çevrilib.


1-ci Qarabağ müharibəsinin fonunda az da olsa qalibiyyətlə nəticələnən bir sıra hərbi əməliyyatlarımız olub. Onlardan biri də məhz atamın rəhbərliyi ilə Gədəbəydə həyata keçirilmiş uğurlu Başkənd əməliyyatı hesab olunur. Atam Mutudərə və Qasımağalı kəndlərinin işğaldan azad olunması və bütövlükdə Gədəbəyin Şınıx bölgəsindəki 28 kəndimizi blokadadan çıxarmaq üçün Başkənd əməliyyatının hazırlanmasına və icrasına şəxsən rəhbərlik edib. Şuşa və Laçının işğalından sonra ermənilər Gədəbəyi də işğal etmək, Gədəbəyin Yasaml aşrımından bütün Qazax-Gəncə avtomobil yolunu, Şəmkir şəhərini və onun kəndlərini daim atəş altında saxlamaq istəyirdilər. Bu elə bir vaxt idi ki, Ermənistan Rusiyanın hərbi yardımı və köməyi ilə bütün Qarabağı və ətraf bir neçə rayonumuzu işğal etmiş və növbəti hədəf kimi Gədəbəy seçmişdi. O vaxtki rəhbərliyin şəriştəsizliyi üzündən güclü
Milli ordumuz hələ tam yaranmamışdı. Ordumuzun daxilində xarici qüvvələrin yerləşdirdiyi təxribtatçı qüvvələrin fəaliyyəti genişlənmişdi.


Belə təxribatlar Gədəbəydə və döyüşlərin əsas getdiyi Şınıx bölgəsindədə baş verirdi. Bakıdan bəzi qüvvələr Gədəbəyin kəndlərinə böyük yük maşınları göndərərək əhalini evlərini tərk edərək köçməyə çağırırdılar. 1992-ci il avqustun əvvəllərindən Gədəbəyin döyüş bölgəsində olduqca təhlükəli vəziyyət yaranmışdı. 5 avqust 1992-ci il saat 11 radələrində Gədəbəyin Mutudərə və Qasımağalı kəndləri ermənilər tərəfindən işğal olundu.

Bu ordu daxilində olan pozucü qüvvələrin təxribatı nəticəsində baş vermişdi. Döyüşən qüvvələrin və ağır zirehli texnikaların çoxu təxribatçı qüvvələr tərəfindən döyüş bölgəsindən çıxarılmış, fərarilik edənlərdə olmuşdu. Belə bir ağır şəraitdə atam polkovnik Cahngir Rüstəmovun başçılıq etdiyi alay
tərəfindən 6-8 avqust 1992-ci ildə Başkənd əməliyyat nəticəsində Gədəbəy rayonunun işğal altında olan 2 kəndi, həm də kecən əsrin 30-cu illərindən Ermənistana bəxşiş edilmiş 4600 hektardan artıq tarixi Vətən torpaqlarımız düşməndən azad edilmiş və bütovlükdə Vətənimizin Qərb regionunda təhlüksizliyin təmin olunması üçün böyük nəticə əldə olunmuşdur. Atam Milli ordumuzda xidmət etdiyi müddətdə başçılıq etdiyi alayda daxili nizam-intizam qaydaları yüksək səviyyədə olmuş, tabeliyində olan alayın şəxsi heyətininə həmişə qayğı göstərmiş, düşmənə qarşı amnsız mübarizə aparmışdır. Başçılıq etdiyi alayla birlikdə Gədəbəylə Ermənistan arasındakı 223 km-lik dövlət sərhəddimizin müdafiəsinı tam təşkil etmiş, cəbhənin Gədəbəy ərazisində ermənilərin təxribatının qarşısını daim alaraq hərbi mövqelərimizi daha da möhkəmləndirə bilmişdi.

Respublikamızın qərb zonasında, Gədəbəy cəbhəsində, Şınıx bölgəsində 1992-1994 ci illərdə erməni terror və quldur birləşmələrinin xalqımıza qarşı elan olunmamış müharıbə apardığı dövürdə Gədəbəy torpaqlarının qorunması, işqal olunmaması üçün ordu quruculuğunda böyük xidmətləri olmuş, real təhlükə ilə hər gün üz-üzə düşmənə qarşı vuruşmus, qəhrəmanlıq və mərdlik göstərmiş, düşməndən torpaq alan polkovnuk kimi bütün bilik və bacarığını ancaq Vətənimizin müdafiəsinə sərf etmişdir. Xidməti müddətində Başkəndin erməni quldurlarından təmizlənməsində, “Mutudərə”, “Ərdağı”, “Kaftar qayası”, “Ləzgi daşı” «Aşrım döyüşü», Sarıyal, Şəmirli, Hörükdaş, Kəçəl Dağ, Zəyəm Aerodromunun alınması və bir çox döyüşlərə şəxsən rəhbərlik etmiş, peşəkar hərbiçi olduğunu dəfələrlə sübut etmişdir.


Atam Cahangir Rüstəmov 1994-cü ilin mart ayında Gədəbəy rayonunun Qaravəlilər kəndi ətrafında hərbi xidməti vəzifəsini yerinə yetirərkən sui-qəsdə uğrayaraq Şəhid olmuşdur.


Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 5 aprel 1994-cü il fərmanına görə «Azərbaycan Bayrağı Ordeni» ilə təltif edilmişdir.


Cahangir Rüstəmovun xatirəsi qədirbilən xalqımız və dövlətimiz tərəfindən əbədiləşdirilmişdır. Gədəbəy rayonunun Şınıx bölgəsində çox saylı alim və ziyalıların yetişdiyi Çay Rəsullu kənd orta məktəbi və Şəmkir şəhərində ən böyük məktəblərdən biri olan köhnə Karl Marks adına orta məktəb, Cahangir Rüstəmovun adına verilmişdir. Əlavə olaraq Şəmkir şəhərində ən böyük mərkəzi küçələrdən biri də Cahangir Rüstəmovun adını daşıyır.

Haqqında şairə Aybəniz Qafarlı “Dağlardan boylanan günəş” kitabını, Filologiya elmləri doktoru, professor Rüfət Rüstəmov isə «Bu dağlardan bir Cahangir keçdi” kitablarını yazmışdır.


27 mart 2015-ci iıdə Gədəbəy gənclərinin və ziyalılarının təşşbbüsü ilə Bakı şəhərində Böyük Sərkərdə Polkovnik Cahangir Rüstəmovun anım tədbiri keçirilmişdir. 2017-ci ildə Gədəbəy Rayonu Novo-Saratovka kəndində hərbi qərargahın qabağında Polkovnik Cahangir Rüstəmovun büstü ucaldılıb.

2015-ci ildə Qoca dağda strateji əhəmiyyətli hərbi yüksəklikdə yerləşən mövqeyimizə C.Rüstəmovun adı verilib və həmin yüksəklikdə Polkovnik Cahangir Rüstəmovun barelyevi qurulmuşdur.


Düşməndən torpaq alan polkovnik kimi, Cahangir Rüstəmovun mahir sərkərdəlik bacarığı və peşəkar yüksək səviyəli hərbici olması haqqında xalqımız arasında, ələlxusus da Gədəbəydə yerli xalq və hərbiçilər arasında bu gündə xoş sözlər danışılır, xatirəsi həmişə hörmət və ehtiramla anılır.


Düşmənin böyük itki verdiyi əməliyyatların uğurla başa catmasında xüsusi rolu olan polkovnik Cahangir Rüstəmovun başına ermənilərin pul qoyduğuna dair də iddialar var. Elə ona qarşı sui-qəsdin də məhz erməni kəşfiyyatı tərəfindən qisas almaq məqsədilə daxili düşmənlərimiz tərəfindən həyata keçirildiyi ehtimal olunur. Çox təəsüf ki, bu günə qədər həmin sui qəsdin üstü açılmamış, bu sui qəsddə əli olanlar müəyyənləşdirilməmişdir.


Mənim müraciətimin əsas səbəbi isə son zamanlar sosial şəbəkələrdə və internet telekanallrda hərbiçi adına ləkə gətirmiş bir nəfərin atam şəhid Cahangir Rüstəmova haqqında yalan və böhtan fikirlərı paylaşmasıdır.


Bu şəxs 861 saylı hərbi hissədə xidmət edərkən Cahangir Rüstəmovun silahlanma üzrə müavini olmuş mayor Dilqəm Əliyevdır. Hərbi xidmətdə olduğu zaman, 1996-ci ildə Azərbaycan Respublikasının əbədi-əzəli düşməni olan ermənilərə silah-sursat satarkən iş başında yaxalanır və Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.03.1997-ci il tarixli hökmü ilə, CM-nin 220-ci maddəsinin 3-cü hissəsi, 220-ci maddəsinin 2-ci hissəsi və 255-ci maddənin “V” bəndi, həmçinin CMnin 66.3 maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan mərhum edilir. 29.09.1998-ci il tarixdə isə o, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin qərarına əsasən şərti cəza ilə azadlığa buraxılır. Belə bir cəzadan sonra o, yenə də çirkin əməllərindən əl çəkmir və onun adı bir çox cinayət əməllərində, o cümlədən Şəmkir şəhərində yerləşən 3 saylı Hərbi Evlər İdarəsinin rəisi işlədiyi müddətdə qazilərimizin evlərini əşyaları ilə birlikdə kənar şəxsə satmaqda hallanır. Əliyev Dilqəm Sabir oğlu şəhid polkovnikin ölmündən 28 il sonra, şərəfsiz bir yol tutaraq komandiri Cahangir Rüstəmov haqqında sosial şəbəkələrdə uydurma böhtan və yalanlar paylaşaraq, şəhid Cahangir Rüstəmovun və eləcə də onun başçılıq etdiyi alayın qəhrəman əsgər və zabitlərinin Vətənimiz qarşısındakı xidmətlərinə kölgə salmağa, xalqımızda çaşqınlıq yaratmağa çalışır. Bu məqsədlə Dilqəm Əliyev son günlərdə YOUTUBE kanalında özünün «qəhrəmanlığından» məntiqə və ağıla sığmayan yalanlar uydurararaq » Azad QarabaĞ — Free KarabakH» YouTube kanalında jurnalist Daşqın Abdullayevə güya gizli sirlər açdığını vurğulayaraq «Unudulmuş batalyon» adlı 8 hissədən ibarət böhtan, təhqir və yalanlar paylaşmışdır.


Bu gün tam əksəriyyəti və məni əsəbləşdirən, ayrı-ayrı şəxslərin müqəddəs, toxunulmaz və pak hesab etdiyimiz şəhidlərimizi və onların ailələrini təhqir etmələridir. Buna yol verənləri heç cürə azərbaycanlı adlandırmaq olmaz. Şəhidləri təhqir etmək şərəfsizlikdir.


Məhz Əliyev Dilqəm Sabir oğlu da, şərəfsiz bir yol tutub, düşmənlə eyni mövqe sərgiləyərək atam şəhid Cahangir Rüstəmov haqqında çirkin kampaniya aparmaqdadır. Bu adam Azərbaycanın qanunlarına qarşı çıxır, şəhid polkovnikin şərəf və ləyaqətini təhqır edir, hərb tariximizin şanlı bir səhifəsinə gölgə salaraq, özü deyib, özü təsdiqləyən videolar çəkməklə, onu tanımayan ictimaiyyətə və xalqa özünü «qəhrəman» kimi sırımaq istəyir.

Belələri özlərinin cinayət əməllərini gizlətmək və bəraət almaq üçün hər cür dələduzluq əməllərinə qol qoyur, minbir cildə girir və son anda da cəzasız qala biləcəklərini düşünürlər. Öz çirkin xislətini gizlətməyən Dilqəm Əliyev çəkdirdiyi videolarda şəhidin ona cavab verə bilməyəcəyini bildiyindən ən çirkin və absurd yalanlara əl atır.


Yalanlar o qədər absurddur ki, SSRİ kimi bir dövlətin müstəsna ən ali 2-ci döyüş mükafatını alan Cahangir Rüstəmov güya əsgərə minalaraı lom ilə çıxarmağı əmr edir.


Sonda onu bildirim ki, «Azərbaycan Bayrağı Ordeni» ilə təltif edilmiş, şəhid polkovnik, alay komandiri Cahangir İsgəndər oğlu Rüstəmov mənim atam olsa da, umumulikdə bir şəhid kimi Azərbaycan xalqının və dövlətinin şəhididir. Dövlətimiz və xalqımız şəhidlərinə sahib çıxmağı bacarır. Çünki cənab Prezident şəhidlərimizə və onların ailələrinə hər zaman böyük hörmət bəsləyib. Azərbaycan xalqının şəhidini təhqir edən, ləkə yaxmağa çalışan Dilqəm kimi şəxslər ən qısa zamanda məsuliyyətə cəlb edilməlidir.Xüsusi olaraq qeyd edim ki, bu barədə artıq məhkəməyə müraciət olunmuşdur.

Məhkəmənin nəticəsindən aslı olmayaraq əlavə olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Baş Prokuroruna, Müdafiə nazirliyinə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə və Daxili İşlər nazirliyinə də müraciət etmək fikrindəyəm.


Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Bir şəhid övladı kim, heç vaxt Dövlətimizdən xususi imtiyaz və güzəşt istəməmişəm. Atama layiq övlad olmağa çalışmışam. İndi şəhid övladı kimi tək istəyim Vətənin qorunmasında danılmaz xidmətləri olan, atam Cahangir Rüstəmova, amalı, məqsədi naməlum Əliyev Dilqəm Sabir oğlu tərəfindən şər və böhtan atılmasınn səbəbi hüquqi müstəvidə araşdırılsın, onu bu işə vadar və ya cəlb edən şəxslər müəyyənləşdirilərək, Dilqəmlə birlikdə ən ağır cəza alsınlar. Bu cür böhtan və yalanlara şəhid ailəsi olaraq dözmək fikrində deyilik. Dilqəm Əliyev kimi şəhidə dil uzadanların dili hüquq-mühafizə orqanı əməkdaşları tərəfindənən «kəsilməlidir» ki, digərlərinə də görk olsun.


Əlavə olaraq bu böhtan və yalanları yayn intrnet kanalın rəhbəri və adını jurnalist qoyan, məlumatları yoxlamadan efirə verən Daşqın Abdullayevdə cinayətə cəlb olunsun. Nankorlar, ləyaqətsiz insanlar, 5-10 manat pul alıb kiməsə yaltaqlananlar rahat şəkildə şəhidlərimizi təhqir edirlər. Bunların zərbəsi hamısı bütövlükdə dövlətimizə dəyir. Əminəm ki, Prezidentimiz və hüquq mühafizə orqanları bu əməllərə reaksiya verəcək, tezliklə günahkarlar öz çəzalarını alacaqlar.


Mən bu müracitəmin sosial şəbəkədə və mətbuat orqanlarında yayılmasını xahiş edirəm. Şəhidlər ölməz, Vətən bölünməzdir. Şəhid tək bir ailənin yox, bütün xalqındır. Prezidentimizdən, Xalqımızdan və hüquq mühafizə orqanlarından kömək gözləyirəm.


Hörmətlə, Şəhid övladı Elçin Rüstəmov

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •