25.04.2024

«AVMVİB Zəngilan rayon şöbəsindən örnək addım

«AVMVİB Zəngilan rayon şöbəsi öz üzvlərini daima yad edir, daima qazilərin, veteranların yanındadır». Bunu AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev öz facebook səhifəsindəki paylaşımda bildirib.

Yarandığı qısa vaxt ərzində rayon şöbəsi bir sıra qürurverici tədbirlər həyata keçirib.

Şöbə rəhbərliyi əməliyyat olan qaziləri, qazi övladlarını, imkansız veteranları arayır, axtarır və maddi mənəvi dəstəyini göstərir.

Sentyabr ayında 4 Qazi Ailəsini ziyarət etdik. öz maddı və mənəvi köməkliyimizi göstərdik. Bu Xeyirxah işimiz daima davam edəcəkdir.

Bu günlərdə AVMVİB Zəngilan rayon şöbəsinin bir qrup üzvü Bel deşiyindən əməliyyat olunan şöbənin üzvüləri 2- ci qrup Qarabağ müharibəsi əlilləri Sahib Nəsirov və Qəzənfər Qocayevi, eləcə də 2-ci qrup əlil Аzər Rüstəmovun əməliyyat olunan qızını ziyarət ediblər.

Sahib Nəsirova xəstəxanada və digər üzvlərə isə evlərində ziyarət edərək, öz imkanları daxilində hər 3 nəfərə maddi yardım göstəriblər.

Allahdan Qazi qardaşlarımıza və gül balamıza şəfa diləyiblər.

AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev yazır: «Bizim rayon şöbəmiz bir veteran ailəsi olaraq daima üzvlərimizin yanındayıq və yanında olmağa davam edəcəyik. AVMVİB Zəngilan rayon şöbəsi öz fəaliyyətini davam etdirməyə başladığı 9 ay müddətində daima şəhid ailələri, Qarabağ qaziləri və veteranlarının problemləri ilə maraqlanır və imkan daxilində köməklik etməyə çalışır. Bu şərəfli işi davam etdirməyi öz qarşımızda məqsəd qoymuşuq. Biz bir ailə olaraq həmişə müharibə adamlarının yanındayıq və olacağıq da. Allah bütün xəstə müharibə adamlarına şəfa versin.

Allah şəhidlərimizə rəhmət eləsin!

İnşallah Ali Baş Komandanın əmri ilə tezliklə torpaqlarımızı işğaldan azad edib belə tədbirlərimizi Zəngilanımızda, Qarabağımızda keçirdərik».

Bir qrup AVMVİB Zəngilan rayon şöbəsinin üzvləri daha sonra üzvümüz 2-ci qrup qazi Azər Musayevin övladı 1-ci qrup əlil Məhəmməd balanı ziyarət etdilər. Məhəmməd balaya Allahdan şəfa dilədilər.

AVMVİB Zəngilan rayon şöbəsi daima öz üzvlərinin vəziyyəti ilə maraqlanır, öz daxili imkanları daxilində maddi və mənəvi köməklik etməyə çalışırlar..

AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayevə və bütün şöbə üzvlərinə bu xeyirxah işlərdə uğurlar diləyirik. Allah yar və yardımçınız olsun!

AVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİNDƏN ÖRNƏK ADDIM

N. Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: