Xankəndində məmurlar Araik Arutunyanı boykot etdi

Qondarma rejim hökumətində qalmaqal baş verib. Alp.az xəbər verir ki, Xankəndində geniş iclas keçirtmək istəyən Araik Arutunyanın səsinə səs verilməyib. Erməni mediasının yazdığına görə iclası yanvarın 19-da keçirilməli iclası qondarma rejimin “hökumət” üzvləri boykot edib.

Erməni mediasına açıqlamasında Araik Arutunyana yaxınlığı ilə seçilən Metakse Akopyan faktı təsdiq edib.

Metakse Akopyan bildirib ki, Araik Arutunyanı qəbul etməyən məmurlar vəzifəsindən qovulacaq.

Qeyd edək ki, dünən Araik Arutunyan “hökumət”də islahat aparacaqlarını açıqlayıb.

Metaxe Akopyan deyib ki, qondarma rejimin hökumət üzvləri istefaya göndərilir və bu lazımdır.

Müsahibəsi zamanı Metaxe Akopyan etiraf edib bu açıq savaşdır:”Bəli Nikol Paşinyan tərəfdarları ilə Araik Arutunyana yaxın olanlar arasında ciddi savaş gedir. Onlar Araik Arutunyanı istefaya göndərməklə bütünlüklə Qarabağı Azərbaycana təhvil vermək istəyirlər. Nikol Paşinyan hökuməti Qarabağda “hökümət”ə öz adamlarını yerləşdirib. Məhz bu adamlarda Qarabağda caxnaşma yaradır.”

Mənbə: Alp.az

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •