“Paşinyan ermənilərin xilaskarı ola bilər” – Rusiyalı politoloq

“Türkiyə və Azərbaycanla əlaqələrin normal hala gəlməsi Ermənistan siyasəti üçün epoxal hadisə olacaq. Nikol Paşinyan Ermənistanı zülmətdən çıxaran və onu qarşıdurmalardan regional əməkdaşlıq formatına keçirən dövlət başçısı kimi tarixə düşə bilər”.

Bunu Caliber.az-a müsahibəsində tanınmış rusiyalı  politoloq Aleksey Naumov  deyib.

Bu səbəbə onun fikrincə, Ermənistanda hazırkı hökumətə qarşı təxribatlar və təzyiqlər davam edəcək: “Lakin bu, istiqamət vektorunu dəyişdirə bilməyəcək. Düşünürəm ki, region ölkələrinin liderləri də Ermənistan baş nazirinin düşdüyü hazırkı vəziyyəti düzgün qiymətləndirəcəklər. Çünki Ermənistanın mühüm regional layihələrə cəlb olunması təkcə onun özü üçün yox, bütün region üçün faydalıdır. Regiona iqtisadi inteqrasiya Ermənistanın revanşist-radikallardan qurtulmasına gətirəcək. Ona görə ki, iqtisadiyyat həmişə revanşizmin ən güclü düşməni və əleyhdarıdır. Tarixdən də məlum olduğu kimi, insanlar anlayanda ki, dostluq eləmək daha sərfəlidir, onda düşmənçilikdən vaz keçirlər”.

Politoloq bu xüsusda hesab edir ki, Ermənistanda yeni müharibəyə və ya revanşa ümumxalq sifarişi yoxdur: “İnsanlar yaşamaq, ticarət etmək, uşaq böyütmək və s. istəyirlər. Odur ki, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin yaxşılaşması qaçılmazdır. Bakı və Ankaranın isə bu yöndə İrəvanı həvəsləndirməsinə dəyər ki, bu da əslində baş verir. Qalib tərəfin genişürəkliliyi sülh prosesinə heç vaxt mane olmayıb”.

Politoloq bir az da qabağa gedərək, güman edir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi mümkündür və sənəd elə bu il imzalana bilər. “Üstəlik, bu, Ermənistan dövlətinin müdrik lideri kimi Paşinyanın təntənəsi və bütün Cənubi Qafqaz üçün mühüm mərhələ ola bilər. Öz növbəsində Azərbaycan rəhbərliyi sülh sazişi imzalamağa hazır olduğunu dəfələrlə vurğulayıb. Ona görə də top indi Ermənistan tərəfdədir və ölkə rəhbərliyi müxalifətin və mürtəce revanşist dairələrin müqavimətini qırmalıdır. Mən ehtiyatla ümid edirəm ki, sülh sazişinin imzalanması bu il baş tutacaq. Görək”, – deyə o, fikrini nikbin notda tamamlayıb.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •