19.04.2024

Qazinin evindən oğurluq edilib

Polis əməkdaşları tərəfindən şübhəli bilinən 3 nəfər saxlanılıb

Ağdamda mənzildən külli miqdarda oğurluq edilib. Rayonun Zəngişalı kənd sakini, Qarabağ müharibəsi qazisi Natiq Allahverdiyev rayon polis şöbəsinə müraciət edərək ona məxsus mənzildən 37 min 200 manat pulunu və 15 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Ağdam rayon polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakinləri Tural Tağıyev, Anar Həsənov və Ehtiram İsmayıloğlu saxlanılıblar. Həmin şəxslərdən oğurladıqları pulun və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi aşkar edilərək götürülüb.

Faktla bağlı Ağdam RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: