29.03.2024

“Rusiya Ermənistan-Türkiyə münasibətlərinın yaxşılaşmasını istəmir”- Suren Sarkisyan

“ABŞ  Ermənistan-Türkiyə münasibətlərinini tezliklə normallaşdırılmasında maraqlıdır. Bu onlar üçün çox vacibdir. Amma bu sözləri Rusiya haqqında deyə bilmərəm”.

Alp.az xəbər verir ki, bunu  erməni ekspert Suren Sarkisyan  deyib.

“ABŞ Ermənistan-Türkiyə münasibətlərinin təkcə ikitərəfli münasibətlər kontekstində deyil, həm də ABŞ-ın regional maraqları kontekstində normallaşmasında maraqlıdır. Amerikanın regional maraqları isə deyir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşacağı təqdirdə burada yeni geosiyasi reallıqlar ortaya çıxacaq. Bu yanaşma ABŞ-da 1991-ci ildən mövcuddur və bütün administrasiyalar üçün prioritet olub. Lakin Rusiya bu iki ölkənin yaxınlaşmasını istəmir. Çünki yaxınlaşma olduqca Rusiya aradan çıxacaq. Ruslar da bunu istəmir. Görüşlərin Moskvada təşkil edilməsi də aydın deyil”. – deyə Suren Sarkisyan  bildirib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: