Şəhid tankçımızın son SÖZÜ: Mübariz İbrahimov ölmədi sağdır

44  günlük Vətən Müharibəsində öz cəsurluğu ilə dastan yazan oğullarımızdan biri də, bu gün doğum günü olan şəhid Mübariz İbrahimovdur.

Mübariz İbrahimov 14 yanvar 1990-cı ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində doğulmudu. 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olaraq çalışırdı.

Milli Qəhrəmanımız Mübariz İbrahimovla həm ad, həm soyada görə adaş olan igidimiz ağır döyüşlərin iştirakçısı olmuşdu.

Müharibədə könüllü olaraq iştirak edirdi. Əsgər yoldaşlarının dediyinə görə, döyüşərdə “Mübariz İbrahimov ölmədi sağdır” deyərək verilən əmrləri qəhrəmanlıqla yerinə yetirirmiş. Mübariz İbrahimovun qələbəyə 9 saat qalmış, 9 noyabr 2020-ci il tarixində Xocavənd istiqamətində gedən döyüşlərdə tankı vurulur – tankdan çıxa bilmir və qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.

Şəhid Mübariz İbrahimov 11 noyabr tarixində Daşkəsən rayonunun Şəhidlər xiyabanında dəfn edilib.

Şəhid Mübariz İbrahimov  Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən M “Vətən uğrunda” medalı ,”Xocavəndin azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı , “Cəbrayılın azad olunmasına görə” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •