28.03.2024

Ermənistan daha 1 hərbçisinin öldüyünü etiraf etdi

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla dövlət sərhədinin Kəlbəcər istiqamətində təxribat törədərkən zərərsizləşdirilən daha bir erməni hərbçi ilə bağlı məlumat yayıb.

Bu, 2003-cü il təvəllüdlü sıravi əsgər Vahan Babayandır.

Bununla da yanvarın 11-də məhv edilən erməni hərbçilərinin rəsmi formada etiraf olunan sayı 3-ə çatıb.

Qeyd edək ki, ötən gün günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyətin gərginləşməsində Azərbaycan Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olub. Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində düşmən itki verərək geri çəkilib.

Mənbə: Report

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: