29.03.2024

Heç kəs unudulmur!

Sentyabr ayının 15-i Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və erməni daşnak quldurlarından azad edilməsinin 101-ci ili tamam oldu. Nuru paşanın rəhbərlik etdiyi Qafqaz islam ordusu Nuru Paşanın komandanlığı altında Bakını işğaldan azad edərkən 1130 Şəhid vermişlər.

Bu gün AVMVİB -yi üzvləri, Qazilər,Türk səfirliyinin nümayəndələri, Türkiyədən gələn Qazilər, yazarlar, Milli Məclisin deputatları və yüzlərlə Bakı sakinləri Türk şəhidləri üçün ucaldılmış Şəhidlər kompleksini ziyarət etdilər.

AVMVİB Zəngilan rayon şöbəsi həmişə olduğu kimi tədbirdə Xüsusi hərbi formada iştirak etdi və bu uniforma, həm Türkiyə təmsilçiləri, həm də Millət vəkili Qənirə Paşayeva tərəfindən xüsusi rəğbərlə qarşılandı.

Tədbir Azərbaycan və Türkiyyənin Himni ilə başladı.

Azad Musayev
AVMVİB Zəngilan rayon şöbəsinin sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: