Ermənistanda Rusiya hərbçisinin meyiti tapıldı

Ermənistanda Rusiya hərbçisi, müqavilə əsasında xidmət edən Aleksandr Babuşkinin meyiti tapılıb.

Veteran.az Rusiya KİV-nə istinadən bildirir ki, 23 yaşlı hərbçisinin meyiti Ermənistanın Gümrü şəhərində yerləşən 102 nömrəli hərbi bazanın Muş məhəlləsində, 32 saylı mənzildə tapılıb. Hərbçinin bədənində kəsiklər aşkar edilib. Onun qətlə yetirildiyi ehtimal olunur. Rus hərbçilərinin bu şəkildə qətlə yetirilməsi faktı hər il qeydə alınır.

Faktla bağlı araşdırma aparılır.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share