“Facebook”da 200 milyon istifadəçinin telefon nömrəsi oğurlanıb

“Facebook” təqribən 200 milyon istifadəçinin telefon nömrələri üzərində məxfiliyin pozulduğunu təsdiq edib.

İstifadəçilərə aid məlumatların internetdə etibarsız şəkildə paylaşıldığını ilk dəfə “TechCrunch” adlı internet saytı açıqlayıb.

Hazırda şirkət bu məlumatların kimlər tərəfindən və necə paylaşıldığını araşdırır.

Qeyd edək ki, internetdə paylaşılan telefon nömrələrindən 18 milyonu Böyük Britaniyadakı istifadəçilərə aiddir.

“Facebook” 2018-ci ilin aprelində telefon nömrələri ilə “istifadəçi axtarışı” funksiyasını bağlayıb. Sözügedən sosial şəbəkə bu axtarış funksiyası vasitəsilə uzun müddət çoxsaylı istifadəçilərin profil və telefon nömrələrinin ələ keçirildiyini, məxfilik parametrlərini dəyişdirməyən istifadəçilərin nömrələrinin də internetdə yayıla biləcəyini bəyan edib.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share