Ermənilər bizi necə vururlar? — VİDEO

İçimizdə erməniyə «pas»ı kimlər atır?

Azərbaycan mediası ayıq olmalıdır. Bütün resursları ilə 24 saat yatmayan bir düşmənlə üzbəüzük.

Həm fon yaradan rejisorun, həm də alim adlı zavallıların yayımladığı bir veriliş barədə «РУСАРМИНФО» görün nə yazır: «Azərbaycan Dövlət Mədəniyyət televiziya kanalında «Keçmişdən Gələcəyə» («Из прошлого в будущее») veriliş yayımlandı. Burada iştirakçılar — elmlər doktoru, tarixçi Natiq Alışev və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Aliyə Adıgözəlova müasir Azərbaycanda- — Qafqaz Albaniyası qədim dövlətin xristian abidələri mövzusunu müzakirə etdilər.

Verilişin aparıcısı qədim Azərbaycanın xəritəsinə baxmağı təklif etdi, bundan sonra ekranda Böyük Ermənistan dövlətini, habelə Azərbaycanda Azərbaycan dövləti sayılan Qafqaz Albaniyasını əks etdirən qədim xəritə göründü.

Üstəlik, Azərbaycan televiziya kanalında nümayiş olunan eramızın II-V əsrlərindən mövcud olan böyük Ermənistan (Arm. Մեծ Հայք) xəritəsindən, Artsax, Utik və Paytakaran’ın tarixi bölgələri qaldırılmışdı.

Dövlət kanalının efirində Böyük Ermənistan xəritəsinin görünməsi Azərbaycanda qəzəb dalğasına səbəb oldu. Azərbaycan qəzetlərindən birinin redaktoru bu kanaldan şikayət məktubu almışdı.

Daha əvvəllər RUSARMINFO, Bakının qüllələrindən birinin Ermənistan bayrağının rənglərinə “boyanmış” olduğunu yazmışdı».

Buna nə ad verək?

Kimsə cəzalandırıldımı?

N. Məmmədli

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 3
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    3
    Shares