20.04.2024

İtdən qorxan Merkelin “komsomol” keçmişi — MARAQLI FAKTLAR

Almaniyanın yeni hökuməti qurulandan sonra Angela Merkel kansler postunu tərk edəcək. Güman olunur ki, Merkel kansler kimi dekabrda Yeni il öncəsi bayramları, “Cristmas”ı qeyd edə biləcək. Almaniyanın qadın lideri barədə maraqlı faktlar mövcuddur.

Veteran.az Bizim.Media-ya xəbər verir ki, Merkel Avropa Birliyi ölkələrində 16 il hakimiyyətdə olan yeganə liderdir. 

2005-ci ildən Almaniya kansleri olan Merkel ölkəsini Aİ-da liderliyə çatdırıb:

1. Merkel ikinci sinifdəykən pioner olmağa qərar verib. Ardınca azad alman gəncləri birliyinə daxil olur, universitetdə təhsil alarkən təbliğat işində katib olub. Lakin Merkel özünün “komsomol” keçmişi barədə heç vaxt danışmır.

2. Fransız dilini bilmir. Səbəb məktəb vaxtı onun fransız dili müəlliminin kanadalıya ərə gedib Almaniyadan köçməsi olub. Başqa müəllim tapılmayıb. Merkel özü də kansler kimi çıxışlarının birində fransızcanı yarımçıq buraxdığından peşmançılıq ifadə edib. İngilis və rus dillərini bilir.

3. İxtisasca fizikdir.

4. İtlərdən qorxur. Bu səbəbdən onunla görüşlərdə itlər olmur. Merkelin bu istəyini iqnor edən yeganə insan isə Putindir. 2007-ci ildə Rusiya prezidenti Merkeli Krımdakı yay iqəmatgahına dəvət edəndə və liderlər mətbuat üçün şəkil çəkdirən zaman Putinin iti “Koni” otağa girib. Merkel özünün qorxusunu zorla bildirməsə də, narahatçılığı hiss olunurdu.

5. 2006-cı ildə Putin ona it oyuncağını hədiyyə edib. Kreml rəhbəri Alman kanslerin fobiyalarından xəbərdardır.

6. ABŞ ilə fərəhlənir. Bunu 2009-cu ildə də etiraf edib. Amerika arzusunu hələ 1990-cı ildə İoyahim Zauerlə Kaliforniyaya səfərlə gerçəkləşdirib. 

7. SMS-i sevir. Gün ərzində işçilərinə onlarla mesaj yollayır və məruzələrin də bu yolla edilməsini tələb edir.

8. Merkelin öz evi yoxdur. Onlar əri Zauerlə birgə Berlində kirayə ev tutublar. Amma Merkel əsasən kansler iqamətgahlarında qalır. 

9. Angela Merkel özünün polyak köklərini gizlətmir. Onun ana soyadı Kasnerdir. 

10. Merkelin otağında Çar Rusiyasının alman əsilli imperatoru II Yekaterinanın portreti asılıb. 

Merkel haqqında maraqlı faktlar çoxdur, sadəcə olaraq yazıda ən mühümləri qeyd olundu. Başqa maraqlı informasiyaları da qaçırtmamaq üçün boş vaxtınızda xəbərlərlə dolu saytımıza daxil olun.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: