29.03.2024

Daha bir veteranımız haqqa yürüdü

 Müharibə veteranı, Qarabağ uğrunda XTPD (OMON) tərkibində döyüşlərdə iştirak edib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri Emar Hüseynov məlumat verib.

Elmar Hüseynov bildirib ki, müharibə veteranı mayor Fərhad Vəliyev 1990-cı ildən XTPD-yə daxil olub. Müharibə başlayandan Goranboy, Ağdam, Füzuli uğrunda gedən döyüşlərə qatılıb. Sakit təbiətli, olduqca mədəni və vətənpərvər biri kimi tanınırdı.

AVMVİB Rəhbərliyi, AVMVİB Nəsimi rayon şöbəsinin rəhbərliyi və veteranları müharibə veteranı Fərhad Vəliyevin vəfatından kədərləndiklərini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verirlər.


Allah rəhmət eləsin!
Məkanı cənnət olsun!

Şəkildə sağdan birinci Fərhad Vəliyevdir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: