19.04.2024

Gürcüstanla Ermənistan Dinc Qonşuluq Təşəbbüsünü «müzakirə ediblər»

Gürcüstan Baş naziri İrakli Qaribaşvili Ermənistanda səfərdədir.

Qarubaşvili səfər çərçivəsində artıq erməni Baş nazir Nikol Paşinyanla görüşüb.

Tərəflər Qaribaşvilinin “Cənubi Qafqazda sülh qonşuluğu təşəbbüsü”nü müzakirə ediblər.

Görüşdə vurğulanıb ki, yeni sülh formatı yaxşı qonşuluq imkanları yaradacaq və ona beynəlxalq partnyorlar qoşulacaq.

Qaribaşvili regionda sülh və stabillik üçün Gürcüstanın vasitəçiliyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Qaribaşvili 29 sentyabrda Bakıya səfər etmişdi.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: