29.03.2024

Mixail Xodaryonok İran ordusu haqqında — “Sinələrinə vurub yalandan çığır-bağır salırlar” — VİDEO

“İran ordusunun zabit, rəhbər heyəti arasında çox adam yalançılığı sevir. Yalandan görüntü yaradırlar. Məsələn, iranlı zabitlər sinəsinə möhkəm vurub qışqıraraq bəyan edə bilərlər ki, səhər 9:00-da hücuma başlayırıq. Amma həmin saatda heç nə başlamayacaq. Bağırdıqları hücum heç saat 10, 11-də də başlamayacaq. Amma bununla belə iranlı komandan digər zabitləri də inandıracaq ki, guya bu, hücumu uğurla icra edir”.

EDNews.net xəbər verir ki, bu sözləri rusiyalı hərbi şərhçi, “Qazeta.ru”nun əməkdaşı Mixail Xodaryonok canlı yayımların birində səsləndirib.

Mixailin sözlərinə görə, İran ordusu haqqında bütün sadalananlar onlarla hərbi əməliyyatlarda təmasda olmuş, qarşılıqlı fəaliyyət göstərmiş Rusiya zabit heyətinin fikirləridir:

“Onlar heç kimi məlumatlandırmadan cəbhəni də tərk edə bilərlər. Hərbi nizam-intizam, dəqiqlik kimi istiqamətlərdə İran hələ çox çalışmalıdır”.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: