19.04.2024

İlk paradda AVMVİB sədrinin görüntüləri yayılıb — VİDEO

Sosial şəbəkədə yayılan kadrlarda AVMVİB sədri Füzuli Rzaquliyev ilk paradda keçiddə görüntülənib. Bu dəstə əfsanəvi 701 saylı hərbi hissənin döyüşçüləri olub. O vaxtdan 28 il ötür.

Xatırladaq ki, 701 saylı briqada 09 oktyabr 1991-ci ildə təşkil olunan 18110 saylı hərbi hissənin əsasında yaradılmışdır. 18110 saylı hərbi hissə ilk döyüşünü 11 dekabr 1991-ci ildə Kərkicahan kəndi uğrunda aparmış, Xanlar ətrafı kəndlərin azad edilməsində, 26 yanvar 1992- ci ildə isə “Daşaltı” əməliyatında iştirak edərək 91 nəfər şəhid və çoxlu sayda əsgər və zabiti isə yaralanmışdır.

1992-ci ilin noyabrından 1993-cü ilin aprelinədək və 1994-cü ilin fevral-mart əməliyyatlarında 701 saylı briqadanın şəxsi heyəti Laçın və Kəlbəcər rayonlarında gedən gərgin döyüşlərdə iştirak etmiş, bu döyüşlərdə mənəvi-psixoloji, fiziki dözümlülük, rəşadət, şücaət və qəhramanlıq nümayış etdirmişlər.

701 saylı briqada Qarabağ müharibəsində bütün döyüş əməliyyatlarında ən gərgin nöqtələrdə düşmənə qarşı igidliklə vuruşmuş, şəxsi heyəti əsgərdən tutmuş yüksək rütbəli zabitə kimi öz imkan və qabiliyyətləri çərçivəsində vəzifələrini mətanətlə, ləyaqətlə, vicdanla yerinə yetirmişdirlər.

Briqadanın əsgər və zabitlərindən 4 nəfər – baş leytenant Nəsrəddinov Rafiq Hüseyn oğlu, baş leytenant Nəcəfov Yunis İsa oğlu, baş leytenant Quliyev Adil Sahib oğlu və baş leytenant Nəzərli Hikmət Baba oğlu Azərbaycan Milli Qəhrəmanı adına, 11 nəfər «Azərbaycan Bayrağı» ordeninə layiq görülmüş və 18 nəfər isə «İgidliyə görə» medalı ilə təltif edilmişlər.

701-ci Briqadanın İgidləri.Paylaşaq igidlərimizi tanıdaq!

Posted by Karabakh is Azerbaijan on 27 Noyabr 2015, Cümə
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: