29.03.2024

Azərbaycanda İsrail “F-35”ləri var? – MN-dən AÇIQLAMA

Xarici mətbuatda Azərbaycan-İsrail münasibətləri bağlı növbəti iddia səsləndirilib.


İngiltərədə fəaliyyət göstərən ərəbdilli «Elaph” qəzeti tərəfindən Azərbaycanda İsrailə məxsus «F-35” qırıclarının olması haqqında informasiya dərc olunub.


Belə ki, mənbədə «İsrailin iki «F-35” təyyarəsinin hər zaman Azərbaycanda olduğunu və İsrailin lazım gəldikdə oraya başqa döyüşçülərini gətirə bilər”, — deyə qeyd edilib.


Məsələ ilə bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov sözügedən məlumatın doğru olmadığını bildirib:»Müdafiə Nazirliyi tərəfindən hələlik bu barədə rəsmi açıqlama nəzərdə tutulmayıb. Bu formada müxtəlif məlumatlar yayılır, lakin bunlar təxribat xarakterlidir”.Qeyd edək ki, sözügedən mənbədə dərc olunan məlumatda rəsmi Tel-Əvivin İrandan Azərbaycana qarşı təhdid yaranacağı təqdirdə «F-35”lərin texniki və havadan dəstəyi həyata keçirə biləcəyi də qeyd olunub.  

Mənbə: Bizim.media

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: