19.04.2024

Amerikada 11 sentyabr hücumlarının 20-ci ildönümü

Şənbə günü ABŞ-da 11 sentyabr hücumlarında həlak olanların xatirəsini yad etmək üçün anım mərasimləri keçirilib.

New Yorkda ilk təyyarənin Dünya Ticarət Mərkəzinə çırpıldığı anda bir dəqiqəlik sükut elan olundu. Bundan sonra əkiz qüllələrin yerində açılan 11 Sentyabr Xatirə Muzeyində ucadan qurbanların adları oxunmağa başlayıb. Hadisələrin 20-ci ildönümünə həsr edilən mərasimlərə Prezident Joe Biden və birinci xanım Jill Biden-lə yanaşı keçmiş prezidentlər də qatılıb.

20 il əvvəl Əfqanıstandakı əl-Qaidə tərəfindən planlaşdırılan həmlələlər vaxtı intiharçı hücumçuların qaçırdığı dörd ABŞ sərnişin təyyarəsindən ikisi New Yorkdakı Dünya Ticarət Mərkəzinin Əkiz Qüllələrinə, daha bir təyyarə isə Washington yaxınlığındakı Pentaqon binasına çırpılıb. Pensilvaniya ştatına yönlənən dördüncü təyyarədəki sərnişinlərin müqavimətindən sonra, o, qəzaya uğrayıb.

Bu basqınlardan sonra, ABŞ qoşunları Əfqanıstan və İraqa yeridilib.

ABŞ Prezidenti 2001-ci il 11 sentyabr hücumları qurbanlarının xatirəsini anarkən ölkəni birliyə çağırıb.

Hadisənin 20-ci ildönümü ərəfəsində yayımlanan videoda Joe Biden həyatını itirən 2977 insanın xatirəsinin əziz olduğunu deyib.

«Nə qədər vaxt keçməsindən asılı olmayaraq, bu anımlar hər şeyi ağrılı şəkildə geri qaytarır, sanki xəbəri bir neçə saniyə əvvəl eşitmisən», — Joe Biden deyib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: