19.04.2024

Yardımlıda şəhid məzarı döyüş yoldaşları tərəfindən ZİYARƏT EDİLİB

Vətən müharibəsinin Yardımlı rayonu üzrə ilk şahidlərindən biri olan Şəhid Zeynalov Cavid Vaqif oğlunun döyüş yoldaşları 31 avqust 2021-ci il tarixdə şəhidin doğma kəndi olan Mirimli kəndinə gələrək şəhidin məzarını ziyarət ediblər.

KAİM.az xəbər verir ki, ziyarətçilər Cavidin xidmət etdiyi illərdən və döyüş vaxtı göstərdiyi qəhrəmanlığı barədə şəhidin yaxınları ilə söhbət ediblər. Həmin söhbət şəhidin yaxınları üçün nisbətən təsəlli və qürur verici bir söhbət olub.

Qeyd edək ki, Zeynalov Cavid Vaqif oğlu tibb sahəsi üzrə xidmət edirdi. Döyüş vaxtı bir neçə yaralı hərbçilərə ilk tibbi yardım göstərmiş ,onların həyatlarını xilas edə bilmişdi. Elə sonucu dəfə bu amalla döyüş meydanına gedərək yaralı hərbçilərin həyatını qurtarmaq istədiyi zaman Cavidin özü də Şəhidlik məqamına ucalıb. (30 sentyabr 2020) .

Şəhid Zeynalov Cavid ailəli idi və iki azyaşlı övladı Vətənə əmanət qaldı.

Allah rəhmət eləsin. Yaxınlarına səbr diləyirik.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: