19.03.2024

AVMVİB Göygöl rayon şöbəsində

AVMVİB Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynovun verdiyi məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göygöl rayon şöbəsinin Qurban bayramı münasibətiylə təşkil etdiyi şəhid ailələrinin ziyarət edilməsi və onlara qurban paylarının verilməsi mərasimində AVMVİB Göygöl rayon şöbəsinin üzvü olan müharibə veteranları da yaxından iştirak ediblər.

Şəhid ailələrinin vəziyyəti ilə maraqlanmaqla yanaşı onlara qurban payları da verilib.

Bu diqqət və qayğıya görə şəhid ailələri, o cümlədən müharibə veteranları SHXÇDX rəhbərliyinə və yerli rayon şöbəsinə öz minnətdarlıqlarını bildiriblər.

Rauf Hüseynov,
Xüsusi müxbir

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: