19.03.2024

AVMVİB layihənin icrasını davam etdirib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə müharibə veteranlarını öz ətrafında birləşdirən rayon şöbələrinin üzvləri ilə görüşləri davam etdirib.

Goranboy və Daşkəsən rayonlarında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə yardımı ilə «Müharibə Veteranlarına Hüquqi Yardımların Göstərilməsi» Layihəsi çərçivəsində bir qrup müharibə iştirakçıları ilə görüşlər keçirilib.

Görüşlərdə müharibə iştirakçılarıyla yanaşı Goranboy rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbəsinin rəis vəzifəsini müvəqqəti icra edən Vüsal Məhərrəmov, Daşkəsən rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov iştirak etmişlər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyini görüşlərdə AVMVİB sədrinin təşkilati məsələlər üzrə müavini, layihə rəhbəri Vahid Abdurəhmanov, Birliyin Nəzarət-Təftiş Komissiyasının Sədri Niyazi Quliyev və şöbə müdiri Akif Abbasov təmsil ediblər.

Görüşlərdə müharibə iştirakçılarını maraqlandıran suallar cavablandırıldı, bu günə kimi veteran vəsiqəsi ala bilməyən keçmiş döyüşçülərə veteran vəsiqəsinin alınması üçün lazımi sənədlərin toplanılmasında köməkliklər göstərildi.

Səhhətində problemlər olan veteranların müalicə olunmaları üçün onlara Respublika xəstəxanasına göndərişlərin alınmasına və digər qarşılaşdıqları problemlərin həlli istiqamətində hüquqi yardımlar göstərildi.

Bu barədə Fedai.az-a məlumat verən Layihə rəhbəri V. Abdurəhmanov deyib: «Layihənin əsas məqsədi veteran problemlərinin əsas aspektləri və bu problemlərin həlli yolları ilə bağlı maarifləndirməkdən ibarətdir. Bundan başqa biz müharibə veteranlarını hüquqi cəhətdən maarifləndirmək, problemlərin həllində onlara yardımçı olmaq, veteranların birgə səylə problemlərini üzə çıxarmağı yollarını araşdırmağı qarşıya məqsəd kimi qoymuşuq. Uzun müddətdir ki, biz bu sahədə mühüm işlər görmək istəyirdik. Layihə çərçivəsində xeyli işər görmüşük. Bu dəstək sayəsində 200 nəfərdən çox veteranın veteranlıq statusunun bərpasına nail ola bilmişik. Bizə dəstək olduqlarına görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkür edirəm».

Rauf Hüseynov,
Daşkəsən-Goranboy-Bakı

AVMVİB LAYİHƏNİN İCRASINI DAVAM ETDİRİB
AVMVİB LAYİHƏNİN İCRASINI DAVAM ETDİRİB
AVMVİB LAYİHƏNİN İCRASINI DAVAM ETDİRİB
AVMVİB LAYİHƏNİN İCRASINI DAVAM ETDİRİB
AVMVİB LAYİHƏNİN İCRASINI DAVAM ETDİRİB
AVMVİB LAYİHƏNİN İCRASINI DAVAM ETDİRİB
AVMVİB LAYİHƏNİN İCRASINI DAVAM ETDİRİB
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: