29.03.2024

Bayrağımıza tərs baxanlar — onlar niyə cəzalandırılmır?

Veteran.az xəbər verir ki, Türkiyənin Ordu şəhərində Azərbaycan, Gürcüstan və Türkiyənin kənd təsərrüfatı nazirlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə diqqətçəkən hadisə yaşanıb. Belə ki, masa üzərində Azərbaycan bayrağının tərsinə qoyulduğunu görən Kənd Təsərrüfatı naziri İnam Kərimov dərhal müdaxilə edib və bayrağımızı düzəldib.

Nazirin bu addımı diqqətdən yayınmayıb və sosial şəbəkələrdə təqdir olunub. Həqiqətən də nazir İ. Kərimovun bu addımı təqdirə layiq olmaqla yanaşı «bayrağı tərs tutan» kadrlara da bir görk olmalıdır. Çünki Azərbaycan bayrağının tərsinə asılması ənənəsi yerli FETÖ simvollarından biri olması çoxlarına artıq məlumdur. Biz kimsəni FETÖ-çü hesab etmədən bu adamların bir daha bayrağımıza olan sayğısızlıqlarını diqqətinizə çatdıracağıq.

BAYRAĞIMIZA TƏRS BAXCANLAR, NİYƏ ONLAR CƏZALANDIRILMIR?

Bayrağın tərs tutulmasının ilk pioneri milli tabulara qarşı çıxmaqla özünü deşifrə edən Fazil Mustafadır. 2010-cu ildə ABŞ-da Ağ Evin qarşısında tərs tuitduğu şəklini sosial şəbəkələrdə yaymışdı. Mətbuata açıqlamasında bunun bir tələskənliklə bağlı olduğunu söyləyən Fazil Mustafanın bu etiraf etmişdi. Amma bu yetənə bir daş atan deputatın tələskənliyi hiss olunmur və bütün paltarları öz yerinə geyinilib. Əgər pencəklə şalvarının yeri dəyişik olsaydı inanmaq olardı.

BAYRAĞIMIZA TƏRS BAXCANLAR, NİYƏ ONLAR CƏZALANDIRILMIR?

2014 — cü ildə Bakı-Quba yolunun 140-cı kilometrliyində Şabran rayonu ərazisində yerləşən abidə göstərici üzərində Azərbaycan bayrağı tərsinə asılmışdı. Yalnız saytların və sosial şəbəkələriniradından sonra Şabran Rayon İcra Hakimiyyətindən sayta bildirilmişdi ki, həqiqətən də belə bir səhv olub və artıq aradan qaldırılıb.

BAYRAĞIMIZA TƏRS BAXCANLAR, NİYƏ ONLAR CƏZALANDIRILMIR?

2016-cı ilə isə erməni kilsələrinə pulsuz qaz verməsiylə tanınan SOCAR prezidenti Rövnəq Abdullayev öz damğasını vurdu. Öncə həmin il martın 4-də Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Gürcüstana səfəri zamanı baş verib. Abdullayev Gürcüstanda bu ölkənin dövlət rəsmiləri ilə geniş tərkibdə görüş zamanı bayrağımızın tərs asılmasına etinasız yanaşıb. Hadisə Kvemo Kartlidə baş verib. Abdullayev və nümayəndə heyəti Kvemo Kartlinin qubernatoru Paata Xizanaşvili ilə Gürcüstanın enerji naziri Kaxa Kaladzenin də iştirak etdiyi görüş keçirib. SOCAR prezidenti Azərbaycanın hədiyyəsi olaraq Gəncə Avtomobil Zavodunun istehsalı olan 10 ədəd traktor və kotanı Kvemo Kartli quberniyası adminstrasiyasına təqdim edib. Görüşdə SOCAR ilə Kvemo Kartli qubernatorluğu arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Bayraq da masanın üzərinə bu imzalanma mərasimində tərs qoyulub. Bayrağımıza hörmətsizlik görüşdə iştirak edən Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn və digər rəsmi şəxslərin də diqqətini cəlb etməyib. Hətta görüşdən sonra bayrağımızın tərs asıldığını əks etdirən fotolar heç nə olmamış kimi Gürcüstan və Azərbaycan mətbuatında da tirajlanıb.

BAYRAĞIMIZA TƏRS BAXCANLAR, NİYƏ ONLAR CƏZALANDIRILMIR?

Daha sonra, Azərbaycan dövlət agentliyi Azərtac çoxlu sayda informasiya mənbələrində və sosial şəbəkələrdə yayılan bu fotoya “əl gəzdirib”, yəni bayrağı fotoşopla düz vəziyyətinə gətirib. SOCAR-ın rəsmi saytında isə Abdullayevin Kvemo Kartli səfəri barədə xəbərə bir neçə foto əlavə olunsa da, məhz imzalanma mərasimindən foto “yada düşməyib”. Bu addım da «təsadüf» elan edilib.Amma təsadüf tarixində 4 təsadüfün eyni yerdə olması qeydə alınmayıb.

BAYRAĞIMIZA TƏRS BAXCANLAR, NİYƏ ONLAR CƏZALANDIRILMIR?

Tənqidçi-alim İradə Musayevanın 11-10-2017-ci ildə publika.az saytına verdiyi müsahibəsində Azərbaycan bayrağının tərs qoyulması ciddi müzakirələrə səbəb olub.

2019-cu ilə isə Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev öz «tərs bayraq» damğasını vurub. Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayevlə Rusiyanın sənaye və ticarət naziri Denis Manturov arasında Yekaterinburqda keçirilən INNOPROM-2019 beynəlxalq sənaye sərgisi çərçivəsində keçirilən görüşdə Azərbaycan bayrağı nazirin gözü qarşısında növbəti dəfə düzgün yerləşdirilməyib, yaşıl rəng yuxarıda olub. Bayrağımıza göstərilən bu diqqətsizlik dərhal sosial şəbəkələrdə tənqid edilib. Lakin bu etirazlara adəti üzrə haqqında ermənilər televiziya filmi çəkən nazir heç bir reaksiya verməyib. Heç olmasa yalandan olsa da deməyib ki, bu təsadüfdür və ya sizin bayrağınızı tanımıram.

BAYRAĞIMIZA TƏRS BAXCANLAR, NİYƏ ONLAR CƏZALANDIRILMIR?

Üstəlik «tərs bayraq»lara vəkillik edən Əlməmməd Nuriyev gül vuraraq deyib: «Bayrağın tərsinə asılması ilə bağlı hər hansı məsuliyyət nəzərdə tutulmayıb”. Amma hüquq təhsilli Ə. Nuriyev bilməlidir ki, bu nüanslar “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” qanun layihəsində əks olunub.
Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, Dövlət Gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Cinayət Məcəlləsinin 324-cü maddəsində göstərilib ki, (Dövlət Bayrağı və ya Dövlət Gerbi barədə təhqiredici hərəkətlər) Azərbaycan Respublikasının Dövlət Bayrağı və ya Azərbaycan Respublikasının Dövlət Gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qanun layihəsinə dəyişikliklər isə Milli Məclisin dekabrın 18-də keçiriləcək iclasında müzakirə ediləcək.

Qaldı ki, bayrağın tərsinə asılması Dövlət rəmzini təhqir deyilsə, bəs nədir? Bayrağı tərsə asanlar nə əcəb kətillərdə başları üstündə oturmurlar?

Biz qarşısında diz çökdüyümüz Tanrısal bayrağı dikəltməyi bilirik və o bayraq dikəlincə onu sevməyənlər baş-ayaq dururlar.

Mövzuya qayıdacağıq…

Veteran.az Araşdırma Qrupu

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: