Sınıq telefondan şəhid Xudayarın daha bir mahnısı tapıldı — VİDEO

«Vətən yaxşıdır» mahnısı ilə tanınaraq dastana dönən şəhid gizir Xudayar Yusifzadənin İkinci Qarabağ müharibəsində ifa etdiyi yeni mahnısının görüntüləri əldə edilib.

Publika.az xəbər verir ki, Xudayarın ifası əks olunan sözügedən videogörüntünü Cebhe.info-ya şəhidin qardaşı Məhəmməd Yusifzadə təqdim edib.

Bildirilib ki, həmin ifa əsgərlərin birinin telefonun yaddaşında qalıb. Yararsız halda aşkarlanan mobil telefonun yaddaşı usta tərəfindən bərpa edilərək, həmin görüntüləri əldə etmək mümkün olub.

Kadrlarda ancaq səsi düşən Xudayar əsgər yoldaşıları ilə uca səslə mahnı ifa edir: «Ordakılar yığışıb bizdən ötrü, bax, belədir mənim taleyim…»

Qeyd edək ki, şəhid gizir Xudayar Yusifzadə 1998-ci ildə Bərdə rayonunda anadan olub. 2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Döyüşlərdəki şücaəti ilə seçilən Xudayar həm də gülər üzü, Vətən sevgisi və xoş avazı ilə qəlblərə yol tapıb.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •