19.03.2024

AVMVİB üzvlərinin sayı 65 min nəfərə çatdı

Son illər ərzində AVMVİB-nin veteran problemlərinə yanaşma tərzi, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə yardımı ilə «Müharibə Veteranlarına Hüquqi Yardımların göstərilməsi» Layihəsi çərçivəsində görüşrin keçirilməsi, keçmiş döyüşçülərin Xatirə medalları ilə təltif edilməsi, Polis müharibə veteranları şöbəsinin fəaliyyətə başaması və onların problemlərini ictimailəşdirməyə çalışan Veteran.az və Fedai.az saytlarının fəaliyyətə başlaması sayəsində təşkilata axın var. Demək olar ki, döyüşçülərin böyük əksəriyyəti AVMVİB ətrafında cəmləşməkdədirlər.

Bu gün 65 mininci üzvümüzə üzvlük vəsiqəsi təntənəli şəkildə təqdim edildi. 65 mininci üzvümüz AVMVİB Nərimanov şöbəsinə üzvlüklə bağlı müraciət etmiş Namiq Rəsul oğlu Əliyev olub.

65 mininci vəsiqənin təqdimat mərasimi keçirilib. Mərasimdə AVMVİB aədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin təşkilati işər üzrə müavini Vahid Abdurəhmanov, NTK sədri Niyazi Quliyev və AVMVİB Nərimanov şöbəsinin sədri Qurban Osmanov iştirak edirdilər.

65000 sayının əks olunduğu tort kəsildi və üzlük vəsiqəsiylə yanaşı Xatirə medalı müharibə veteranı Namiq Rəsul oğlu Əliyevə təqdim olundu.

Xatırladaq ki, may ayında 64000-ci üzvlük vəsiqəsi AVMVİB Göygöl rayon şöbəsinə yeni üzv qəbul edilmiş, Göygöl rayon sakini, müharibə veteranı Xaliq Nəsib oğlu Səfərova təqdim edilmişdi .

Yeni üzvümüz Namiq Əliyevi bu münasibətlə təbrik edir və təşkilatımıza xoş gəldin deyirik!

AVMVİB Mətbuat Xidməti

AVMVİB üzvləırinin sayı 65 min nəfərə çatdı
AVMVİB üzvləırinin sayı 65 min nəfərə çatdı
AVMVİB üzvləırinin sayı 65 min nəfərə çatdı
AVMVİB üzvləırinin sayı 65 min nəfərə çatdı
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: