19.04.2024

Hərbçimiz Kəlbəcərdə göldə boğuldu

Azərbaycan Ordusunun zabiti göldə boğulub.

Kapitan İlham Fərzəliyev bu gün Kəlbəcər rayonu ərazisində yerləşən Alagöldə çimərkən boğularaq ölüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən apa-ya Azərbaycan Ordusunun hərbi qulluqçusu, kapitan Fərzəliyev İlham Allahverdi oğlunun göldə çimərkən boğularaq həlak olması ilə bağlı məlumatı təsdiq ediblər.

Bildirilib ki, faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Mənbə: Bizim.Media

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: