18.04.2024

Yens Stoltenberq: “Gürcüstan NATO üzvü olacaq”

“Biz dəqiq olaraq bəyan etmişik ki, Rumıniya və Gürcüstan NATO-nun üzvü olacaqlar. Bunun üçün sadəcə, dəqiq tarix müəyyən edilməyib. Vaxt barəsəində bu gün də danışmayacağıq”.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, Gürcüstan və Ukrayna NATO üçün olduqca vacib partnyorlardan biridir. Xüsusən də Qara dəniz bölgəsində bu partnyorluq onlar üçün əhəmiyyətlidir.

Gürcüstanın yaxın vaxtlarda NATO üzvü olması üçün yol xəritəsinin olub, olmaması barədə verilən suala Stoltenberq bildirib ki, təşkilatın qapısı açıqdır. “Lakin konkret müddət barədə danışmağı planlaşdırmırıq”.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: