29.03.2024

«Qazandığımız Qələbə region üçün, Azərbaycan üçün yeni dönəmdir» — Prezident

«Siz Azərbaycanda fəaliyyətə bizim üçün çox önəmli bir vaxtda başlayırsınız. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının uzunmüddətli işğalına son qoyan Vətən müharibəsində keçən il qazandığımız Qələbə region üçün, Azərbaycan üçün yeni dönəmdir, Azərbaycanın və regionun yeni inkişaf mərhələsidir».

Bunu Azərbaycan Prezidenti İlham Əliyev yunun 12-də Qvatemala Respublikasının, İrlandiyanın, Albaniya Respublikasının, Norveç Krallığının, Monteneqro Respublikasının, Estoniya Respublikasının, Somali Federativ Respublikasının, Yeni Zelandiyanın, Sloveniya Respublikasının və Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən deyib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: